21 fevral - beynəlxalq ana dili günüdür
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir. Ulu Öndər müstəqillik illərində imzaladığı bir sıra mühüm sənədlərlə Azərbaycan dilinin inkişafını və qorunmasını təmin edib.
Hər il 21 fevral dünya xalqları tərəfindən Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1952-ci ildə Banqladeşdə ana dilini qorumaq uğrunda canından keçən gənclərin xatirəsinə ehtiram əlaməti olaraq təsis edilən bu gün, əslində dünyaya bir həqiqəti hayqırır: Dilini itirən xalq mənəvi baxımdan yox olmağa məhkumdur! Azərbaycan xalqı üçün isə bu günün mənası daha dərindir. Biz dilimizi sadəcə ünsiyyət vasitəsi kimi deyil, əsrlərlə davam edən repressiyalara, əlifba dəyişikliklərinə və siyasi təzyiqlərə rəğmən qorunub saxlanılmış milli qalamız kimi dəyərləndiririk. Hər bir xalqın maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən onun dilidir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi təşəbbüsünü irəli sürdü. Ümummilli Liderin bu təşəbbüsü 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Ulu Öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil. Ümumilikdə azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, təbliği dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin əsas tərkib hissəsi idi. Dilimizin, milli-mənəvi dəyərlərimizin, tariximizin öyrənilməsi, inkişaf etdirilməsi hər bir azərbaycanlının qarşısında mühüm vəzifə kimi qoyulmuşdu. Məhz atılan bu kimi addımların, Azərbaycanın bu günü və gələcəyi üçün görülən işlərin fonunda böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev hər bir azərbaycanlıya Vətəni sevməyi öyrətdi. Onun “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı bütün dövrlərdə aktuallığını qorumaqla yanaşı, hər birimizin həyat amalına çevrilib. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri cənab Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Prezident İlham Əliyevin də dediyi kimi, “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”. Ümummilli Liderimiz Heydər Əliyevlə başlayan dilimizin dirçəliş erası Müzəffər Ali Baş Komandan İlham Əliyevi ana dilimizin milli kimliyin və ana dilinin mühafizəkarına çevirdi. Bu müqəddəs irs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində davam etdirilir. Dövlət başçısının dil siyasəti yalnız ana dilini qorumaq deyil, həm də onun beynəlxalq nüfuzunu artırmağa xidmət edir. Azərbaycan dili xalqımızın minillik tarixi, mədəni yaddaşı və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərimizdəndir. Dövlət dili kimi onun qorunması və inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli dil siyasəti bu müqəddəs dəyərlərin möhkəmləndirilməsinə və gələcək nəsillərə təmiz, saf və zəngin şəkildə ötürülməsinə yönəlib. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyimizin və dövlət müstəqilliyimizin mənəvi dayağıdır. Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur.
Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, dünya azərbaycanlıları üçün də milli kimliyin təməl sütunudur. Ana dilimizin qorunması və inkişaf etdirilməsi hər bir azərbaycanlının mənəvi borcudur. Biz, bu dili yaşadaraq həm öz tariximizə sadiqliyimizi göstəririk, həm də gələcək nəsillərə örnək oluruq. Dövlət dili siyasətinə nəzər salmaq, onun hüquqi və mənəvi sütunlarını daha dərindən dərk etmək üçün mühüm fürsətdir. Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinə verilən yer və bu istiqamətdə formalaşan dövlətçilik ənənələri, bir daha sübut edir ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığımızın, suverenliyimizin və hüquqi əsaslarımızın təməl daşıdır. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir. Dövlətimizin başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında", "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamları, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.Hər bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşı olan dili kimliyimizi təsdiq edir. Ana dilimiz bizim varlığımızdır, əbədi var olacaq irsimizdir. Bu varlığı qorumaq isə müqəddəs Vətən torpağını qorumaq qədər dəyərlidir. Çünki dilimiz yaşadıqca, biz də bir millət olaraq dünya durduqca var olacağıq.
Bayramın mübarək, bəşəriyyətin ən gözəl dili, Azərbaycan dili !
Qəribə Məmmədova
ADPU-nin dosenti, filologiya üzrə fəlsəfə doktoru

