00:56

Kolbasa süfrədəki gizli zəhərə çevrilib - QİDA EKSPERTİNDƏN AÇIQLAMA


Son illər mağazalarda kolbasa məhsullarının çeşidi sürətlə artsa da, bu artım keyfiyyət məsələləri ilə bağlı sualları da gündəmə gətirir. Gündəlik qida rasionunda tez-tez yer alan bu məhsulların tərkibi, istehsal prosesi və istifadə olunan qatqı maddələri istehlakçılar arasında narahatlıq doğurur. Xüsusilə ucuz qiymətə təklif edilən kolbasaların sağlamlığa mümkün təsirləri ilə bağlı müzakirələr səngimir və mövzu getdikcə daha çox diqqət çəkir.
Resmixeber.org bildirir ki, mövzu ilə bağlı qida eksperti Amalya Rəhimova açıqlamasında bildirdi ki, Kolbasaların tərkibində olan bəzi qatqı maddələri insan orqanizmi üçün düşündüyümüzdən daha ciddi risklər yarada bilər. Onun sözlərinə görə, xüsusilə uzunmüddətli saxlanma üçün istifadə edilən konservantlar və dad gücləndiriciləri maddələr mübadiləsini zəiflədə, bağırsaq florasını poza bilər: "Araşdırmalar göstərir ki, kolbasa və oxşar emal olunmuş ət məhsullarının tez-tez qəbulu immun sisteminin zəifləməsinə və xroniki yorğunluğa səbəb ola bilər.

Həmçinin kolbasaların tərkibində olar nitritlər insanda mədə-bağırsaq xərçənginə səbəb olur. Bu səbəbdən mən istehlakçılara tövsiyə edirəm ki, kolbasa məhsullarını gündəlik qida rasionundan mümkün qədər çıxarsınlar və təbii ət məhsullarına üstünlük versinlər".//big.az