19:48

Bakıda yol qaydalarını pozan AA seriyalı maşın kimindir? – FOTO


Bakıda avtomobil avtobus zolağı ilə hərəkət edib.

Resmixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədr müavini Elçin Əliyev özünün sosial şəbəkə hesabında paylaşım edib.


O bildirib ki, 10 AA 904 nömrəli avtomobil həm avtobus zolağı ilə gedib, həm də qarşı yola çıxıb. Azərbaycanda avtobus və velosiped zolağına daxil olanlar 100 manat cərimə edilir və əlavə olaraq 2 balla qiymətləndirilir.


Avtobuslar üçün nəzərdə tutulan hərəkət zolağından və velosiped yolundan digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsi ilə əlaqədar sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır.//Musavat