21:04

İcra başçısı xalqa xidmət etməlidir


32 il Azərbaycan dövlətinə və xalqına vicdan və ləyaqətlə xidmət edən İcra Başçısı Adil Məmmədovu tanıyın.
Adil Məcnun oğlu Məmmədov 15 aprel 1952-ci ildə Vartaşen (Oğuz) rayonunun Xaçmaz kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin İnstitutu "Baytarlıq" ixtisası üzrə bitirmişdir.
15 oktyabr 1975-ci il tarixdən 4 sentyabr 1981-ci il tarixədək Vartaşen (Oğuz) rayonu Padar kəndində "Pravda" kolxozunda baytar həkim, 4 sentyabr 1981-ci il tarixdən 10 fevral 1982-ci il tarixədək isə həmin kolxozda sədr müavini işləmişdir. 10 fevral 1982-ci il tarixdən 10 fevral 1988-ci il tarixədək Xaçmaz kəndi "Lenin" adına kolxozun idarə heyətinin sədri, 10 fevral 1988-ci il tarixdən 01.02.1990-cı il tarixədək Xaçmaz kəndi "Komsomol" kolxozu idarə heyətinin sədri, 01.02.1990-cı il tarixdən 28.01.1993-cü il tarixədək Oğuz rayonu Aqrokombinatında baş direktor, 28.01.1993-cü il tarixdən 03.09.1994-cü il tarixədək Oğuz rayonu İcra Hakimiyyətində Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı, 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
A. Məmmədov YAP-nın yaradılmasında fəal iştirak etmiş, YAP-nın bütün qurultaylarında iştirak etmişdir. Ailəlidir, 1 qızı, 2 oğlu, 3 nəvəsi var. Bir neçə kitab və elmi məqalənin müəllifidir. Adil Məmmədov Biləsuvar, Qəbələ və Oğuz rayonlarının icra hakimi vəzifəsində çalışmışdır. 26 aprel 2011-ci ildə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Adil müəllim Qobustan rayonuna İcra Başçısı təyin edilən gündən daim sakinlərin problemləri ilə maraqlanıb , lazımı köməklik edib, kəndlərdə səyyar görüşlər keçirib. Onun qapısı hər vaxt sakinlərin üzünə açıq olub. Sadə vətənpərvər, dövlətinə və xalqına sadiq olan Adil müəllimi Qobustan əhalisi həmişə hörmət və rəğbətlə qarşılayıb. Şəhid ailələrinə ,Qazilərə xüsusi hörmət bəsləyir. Onların gündəlik problemlərini həll edilməsi üçün lazımı tədbirlər görür.
Adil Məmmədov həmişə qeyd edir ki, "Rayonun icra başçısı xalqa ,vətəndaşa xidmət etməlidir."
Rayonun yollarının yenilənməsində, Mərəzə və Nərman kənd qəsəbələrinə həmçinin bir çox kəndlərdə yolların salınması və su çəkilməsində Adil müəllimin böyük köməkliyi olub. Məhz onun işlədiyi dövürdə rayonun kənd təsərrüfatı inkişaf edib. Rayonda demək olar ki, buğda, arpa və.s əkilməyın boş torpar sahəsi qalmayıb. Hər yığıncaqda rayonun rəhbər işçilərinə göstəriş verib ki, vətəndaşları yüksək səviyyədə qəbul edib lazımı köməklik göstərsinlər. Adil müəllimin işlədiyi dövrdə Qobustan rayonunda son dövrə uyğun müasir Tibb Mərkəzi hər kənddə yeni məktəblər tikilib sakinərin ixtiyarına verilib. Mən də əslən Qobustan rayonu Cəyirli kəndndən olduğum üçün büten bu yenidənqurma və abadlıq işləri mənim gözümün qabağında olub. Adıl müəllimə öz adımdan və Qobustan rayonu sakinləri adından gördüyü işlərə görə təşəkkürümü bildirirəm .

Hörmətlə: «Təhlükəsiz və Sağlam Həyat» qəzetinin Baş Redaktoru Mansur İbadov