20:17

Azərbaycanın ilk elmlər doktoru praktik arxeoloq qadını və Naxçıvanın ilk arxeoloq qadını




Hünər və zəhmət dolu ömür sürənlər, cəmiyyətdə fəal mövqe tutanlar, vicdan adlı ali bir hissin işığında əməlləri ilə özlərinə hörmət qazananlar, zamanın ən kamil insanlarıdır. Elm kimi müqəddəs bir yolun yolçuları isə, daha yüksək ada layiqdirlər.
Elmin inkişafı, cəmiyyətin inkişafı, ölkənin inkişafıdır. Elmlə məşğul olmaq, ən müqəddəs bir iş, elmin zirvəsi isə, müqəddəslik zirvəsidir. Bütün dövrlərdə istedadlı, müdrik insanlar olub və belə insanlar hər zaman ictimai fəallığı ilə cəmiyyətin ön sıralarında gediblər. Bu baxımdan ölkəmizin inkişaf və tərəqqisində də xüsusi rola malik olan şəxslər kifayət qədərdir. Onları tanımaq, gənc nəslə tanıtmaq isə vacib məsələlərdən biridir. Çünki zəngin, keşməkeşli həyat yolu keçmiş bu cür insanlar yetişməkdə olan nəslə istiqamət verə, onlara düzgün yol göstərə bilərlər. Dərin elmi biliyə malik olmaq özü bir Tanrı vergisidir. İnsanların, cəmiyyətin rifahı naminə ali məqsədlər uğrunda mübarizə aparmaq da elə Allahın sevdiyi, seçib dəyərləndirdiyi insanlara məxsusdur.
Ulu Tanrımızın yüksək qiymətləndirdiyi fədakar elm xadimi, ziyalı, çalışdığı sahədə xüsusi xidmətləri olan, vətənini, xalqını dərin məhəbbətlə sevən, fəxri xanımımız, tarix elmləri doktoru, dosent Vəfa Əzbər qızı Mahmudova Azərbaycanın ilk elmlər doktoru praktik arxeoloq qadını və Naxçıvanın ilk arxeoloq qadınıdır. Onun elmi tədqiqat fəaliyyəti və yaradıcılığı olduqca zəngindir.
Mahmudova Vəfa Əzbər 1964-cü ildə anadan olmuşdur.1981-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, həmin ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedoqoji institutunun tarix-filologiya fakütəsinə qəbul olmuşdur. 1985-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş və AMEA Tarix institutunun “Arxeologiya” ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. Dövrünün ən gənc aspirantlarından olmuşdur. 1988-ci ildə aspiranturanı bitirdikdən sonra Arxeologiya və Etnoqrafiya İnstitutunda işə qəbul edilmiş və kiçik elmi işçi vəzifəsindən başlayaraq baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir.
Vəfa xanım 28 yaşında, 1992-ci ildə “Azərbaycanın ilk oturaq əkinçi-maldar tayfalarının qəbir abidələri (b.e.ə.VI-IV minilliklər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
2018-ci ildən dosentdir.
Uzun sürən mübarizələrdən sonra, 2022-ci ildə “Azərbaycanın erkən əkinçilik mədəniyyətlərinin Yaxın Şərq paralelləri” adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
Naxçıvanın ilk qadın arxeoloqu, Azərbaycanın ilk elmlər doktoru praktik arxeoloq qadını Vəfa Mahmudova öz xələflərinə həmişə hörmət etmiş, onların layiqli elmi irsinə, istinadlar verərək, hörmət etmişdir. Bu gün Vəfa Mahmudovanın kifayət qədər layiqli davamçıları var: Elmira Abbasova, Tükəzban Göyüşova, Dürdanə Yusifova, Təranə Babayeva, Fidan Əliyeva, Lola Hüseynova, Sevinc Hüseynova, Nərmin Məmmədli, İlahə Nehmətova və b.
Əsas elmi nailiyyətləri Cəlilabadın Paşatəpə neolit abidəsinin ilk tədqiqatçısı, Azərbaycanın xalkolit sakinlərinin qəbir abidələrinin tədqiqi, Azərbaycanın xalkolit sakinlərinin dini dünyagörüşünün bəzi aspektləri (it kultu, trepanasiyalı kəllə), gil qablarda dəfn etmə, b.e.ə. VI-IV minilliklərdə Azərbaycanın poleoekologiya və poleodemoqrafiya məsələləri haqqında tədqiqatların ilk müəllifidir. Azərbaycanın erkən əkinçilik mədəniyyətlərinin Yaxın Şərq ölkələrində paralelləri haqqında tədqiqat işində ilk dəfə qonşu regionların 60-dan yuxarı yeni abidələri haqqında məlumatlar cəlb etmişdir.
Şuşa şəhərinin ilk arxeoloji, etnoqrafik tədqiqatçısı haqqında ilk məlumatlar və tədqiqat işi Vəfa Mahmudovaya məxsusdur. Bu tədqiqatın ilk müəllifi olması haqqında Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin müəlliflik hüququ haqqında şəhadətnaməsini almışdır.
müəllifidir.
Tarix elmləri doktoru, dosent Vəfa Əzbər Mahmudova Azərbaycanın erkən əkinçilik mədəniyyətləri, arxeoloji tədqiqatlar və qədim mədəniyyət tarixi istiqamətində araşdırmalar aparır, elmi əsərlərin və avtoreferatların müəllifidir.
Ölkəmizdə arxeologiya elminin inkişafında müstəsna xidmətlər göstərmişdir. Azərbaycanın qədim paleoekologiyası, xalkolit və Neolit dövrü məskənlərinin öyrənilməsi üzrə elmi məqalələrin müəllifidir.
Vəfa Mahmudova, Azərbaycanın qədim tarixinin, o cümlədən xalkolit dövrünün qədim ekologiyası və istehsalatının tədqiqi sahəsində mühüm elmi araşdırmalar aparmışdır. Həmçinin Arxeologiya və Antropologiya İnstitutunda fəal baş elmi işçi kimi fəaliyyət göstərir.
1993-20025-ci illər ərzində respublikanın bir çox ali məktəblərində tarix, arxeologiya, antropologiya, etnologiya, arxivşünaslıq fənlərini tədris etmiş, Qərbi Kaspi Universitetində dekan, Lənkəran Dövlət Universitetində professor, N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetində dosent vəzifələrində işləmişdir.
“Azərbaycanın ilk oturaq əkinçi-maldar tayfalarının qəbir abidələri” , “Южный Кавказ в кавказско-переднеазиатских етнокультурных процессах IV тыс. до н.э.”, “Xələc” adlı (müştərək), “Azərbaycanın Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələri”, Milli öndər H.Əliyev haqqında “O, Şərqin Yerdə doğan Günəşi idi” , “Şuşada ilk tədqiqatlar” və d. elmi monoqrafiyaların müəllifidir.
Dövlət, yerli icra hakimiyyəti və müxtəlif qurumlar tərəfindən dəfələrlə mükafatlar almışdır. AMEA-nın, Cəlilabad rayon İcra Hakimiyyətinin fəxri fərmanları, Azərbaycan KİVİHİ və Media Araşdırma Mərkəzi, “Qafqaz-Media”İctimai Birliyi, “Vector” Beynəlxalq təşkilatı tərəfindən dəfələrlə “İlin fəxri alimi”, “XXI əsrin tanınmış ziyalısı”,”XXI əsrin tanınmış xanımı” diplomlarını almış, medallarla təltif olunmuşdur.
V.Mahmudovanın Milli öndər H.Əliyev haqqında yazdığı “O, Şərqin Yerdə doğan Günəşi idi” adlı tarixi-publisistik əsəri “2004-cü ilin kitabı” Beynəlxalq mükafatını almışdır.
V.Mahmudova Dünya Şərtsiz Sevgi Assosiasiyasının (Dünya Koşulsuz Sevgi Derneği Genel Başkanlığı) təsis etdiyi "Uluslararası barış elçisi" mükafatları laureatı adına layiq görülmüşdür.
Elm və Təhsil sahəsində göstərdiyi xidmətləri nəzərə alınaraq AMEA Arxeologiya və Antropologiya İnstitutunun tarix elmləri doktoru, Vəfa Əzbər qızı "İlin fəxri alimi" diplomu və kubokuna layiq görülüb.
Azərbaycanın qədim tarixini, xüsusilə erkən əkinçilik mədəniyyətini öyrənən “Muğan arxeoloji ekspedisiyasının”rəhbəridir. O, hər il mütəmadi olaraq ekspedisiyası ilə birlikdə arxeoloji tədqiqatlar aparır.
Vəfa Mahmudova Azərbaycanın qədim əkinçilik ənənələrinin və arxeoloji irsinin öyrənilməsində elmi töhfələr verən mütəxəssislərdən biridir.
Arxeologiya elmi İctimai-humanitar elmlər sırasında özünün bir sıra səciyyəvi və spesifik xüsusiyyətləri ilə seçilir. həyat və fəaliyyətinə qısa nəzər saldıqda Vəfa xanımın nə qədər zəngin, keşməkeşli bir ömür yaşadığının şahidi oluruq. İndiyə qədər çox yüksək nailiyyətlər qazanıb. Gərgin əməyi nəinki onu yormur, əksinə, yeni-yeni ideyaların, arzuların reallaşmasına ruhlandırır.
Dərin düşüncəsi, iradəsi, mərdliyi, fədakarlığı ilə cəmiyyətin inkişafında, ictimai-siyasi hadisələrin gedişində mühüm rol oynayan qadınlarımız sırasında Vəfa Mahmudovanın əməyi təqdirəlayiqdir. Elinə-obasına bağlılığı, mehribanlığı, səmimiyyəti, sadəliyi və mübarizliyi onu tanıyanların hər birinə sevdirib.
Mənalı, şərəfli, ləyaqətli ömründə böyük məhəbbətə, həqiqətə, təmənnasız mərhəmətə, xeyirxahlığa arxalanan Vəfa Mahmudova haqqında çox yazmaq olar. O, sadə, səmimi münasibəti, ünsiyyəti, işgüzar əməlləri ilə özündən yaşca kiçiklərə də, böyüklərə də örnəkdir. Belə şəxsiyyətlərin cəmiyyətdəki fəaliyyəti millətin, xalqın, el-obanın irəli getməsidir...
Biz həm əməlində, həm əqidəsində insanlıq etalonu olan Vəfa xanım Mahmudovaya şəxsi həyatında möhkəm can sağlığı, elmi, yaradıcı fəaliyyətində isə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Arzu edirik ki, tələbələrinin, yetirmələrinin daim xoş sədasını eşitsin! Dostlarının gülər üzünü, doğmalarının mətin dəyanətini, bəxtəvərliyini görsün! Vəfa xanıma keçdiyi zəngin, keşməkeşli, parlaq ömür yolunda yeni-yeni nailiyyətlər diləyirik.





[center]








[/center]