"Təhsil millətin gələcəyidir. Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur, ancaq bundan da yüksək ad müəllimlikdir."- Bu sözləri dahi şəxsiyyət Heydər Əliyev deyib.
Təhsil barədə çox sözlər demək olar. Bu ölkənin yaxşı müəllimə, peşəkar mütəxəssisə ehtiyacı var. Regionlarda yaxşı müəllim yaxşı təhsil öz sözünü deyir.
Bunu hər il ali məktəblərə qəbul olunan tələbələrin sayından bilmək olar.
Söhbət açacağımız məktəblərdən biri də Elnur Bəşirov adına Vəndam qəsəbə 3 saylı tam orta məktəbdir.
Xatırladırıq ki,məktəbin direktoru Kazımova Tənzilə Mahmud qızıdır.
Resmixeber.org bildirir ki, Tənzilə Kazımova məktəbdə elə bir ab hava yaradıb ki, istər müəllim kollektivi, istərsə də şagirdlər nümunəvi təhsil vətərbiyədən başqa bir şey düşünmür.
Vəndam kəndindən yüzlərlə şagird yüksək bal toplayaraq respublikamızın müxtəlif ali məktəblərinə qəbul olunub. Qəbələ rayonunun gələcək inkişaf perspektivlərini nəzərə alsaq,Qəbələnin turizm sektorunda yüksək reytinqə malikolması peşəkar mütəxəssislərin bu və ya digər sektorda çalışmasından irəli gəlir.
Təhsilimizin inkişafında Vəndam kənd 3 saylı məktəbin direktoru Tənzilə Kazımovanın da rolu vardır.Məktəbdə təlim tərbiyə və təhsilin səviyyəsinin artması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.Bütün əlamətdar günlər,bayramlar xüsusi olaraq müxtəlif vətənpərvərlik mövzularında çıxışlarla aparılır.
Qəbələ şəhidlərinin ailələri ziyarət olunur,Eləcə də qazilərimiz və şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirilir.Şagirdlərəvətənpərvərlik mövzusunda söhbətlər aparılır.
Bir sözlə məktəbdə aparılan işlər təqdirəlayiqdir.
Tənzilə Kazımovaya uğurlar arzulayırıq.

