01:01

Yazıçı şair Aysel Əliyevanın yeni kitabının təqdimatı olub.

Ötən gün Yazıçılar Birliyində tanınmış şair,yazar Aysel Əliyevanın Qırğızıstanda yenicə işıq üzü görən "Könül Dünyası" adlı şeirlər kitabının təqdimatı keçirilib.Təqdimatda Orta Asiya ölkələrinin şair,yazıçıları iştirak edib.
Xatırladırıq ki, Əliyeva Aysel Nazim qızı Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Qırğızıstan Yazıçılar Birliyinin üzvü, Kərkük Kültür Dərnəyinin fəxri üzvüdür. Azərbaycanın "Qızıl Qələm" , Qırğızıstanın Çingiz Aytmatov "Qızıl Qələm" döş nişanı ilə təltif olunub. 2025- ci ildə Qırğızıstan Yazıçılar Birliyinin şer müsabiqəsində "Altın Qələm " I dərəcəli diploma layiq görülmüşdür.
Bundan əvvəl onun "Duyğu Dənizi", "Qəlbimin Harayı" , "Xalqımızın Mehribanı" adlı şeir kitabları nəşr edilib.
Onun şerləri qardaş ölkə Türkiyədə, o cümlədən Qırğızıstanda, İranda, Qazaxıstanda , Özbəkistanda yayımlanır.
Bir çox ədəbi Antologiyalarda şerləri yer alıb.
Şairin qəlbində Vətənə sevgi, Turan sevdası xüsusi yer almışdır.
Qırğızıstanda yenicə işıq üzü görən "Könül Dünyası" adlı şeirlər kitabı Aysel Əliyevanın ( Aysel Nazim qızının) ədəbi yaradıcılığının uğurunun yeni bir başlanğıcıdır.
Kitabın tərtibatı və nəşrinə Özbəkistanlı şair, yazıçı və ədəbiyyat səfiri Müqimcan Nurboyev köməklik göstərib .
Kitabın üz qabığındakı əsərin müəllifi isə Azərbaycan Respublikasının əməkdar rəssamı, Təsviri sənət üzrə fəlsəfə doktoru Rəşad Mehdiyevdir.