01:27

"Syrovarnaya" restoranında müştərilərə menyudan fərqli hesab təqdim olunur


Syrovarnya" restoranında müştərilərə menyuda bir qiymət, hesabda isə fərqli qiymət təqdim olunur

Xeberpost bildirir ki, Patrul.az-ın qaynar xəttinə daxil olan şikayətdə vətəndaş bildirir ki, "Syrovarnya" restoranına istirahət məqsədilə üz tutub. O, menyuya baxaraq 50 AZN dəyərində sadə qəlyan sifariş edib.


Hesab təqdim edildikdə isə maraqlı məqam ortaya çıxıb - hesabda sadə qəlyan 50 AZN deyil, 65 AZN-lıq premium qəlyan kimi qeyd olunub.

Daha diqqətçəkən məqam isə ondan ibarətdir ki, "Syrovarnya" restoranının nə QR-kod menyusunda, nə də sosial şəbəkələrdə yerləşdirilən qəlyan menyularında ümumiyyətlə 65 AZN dəyərində qəlyan mövcud deyil.

Vətəndaş şikayətini menecerə bildirdikdə ona bildirilib ki, menyu qiymətləri dəyişdirilib, lakin hələ sistemə əks olunmayıb. Bu isə haqlı sual yaradır: əgər bir müştəri son vəsaiti ilə restorana üz tutsa və sonda menyudan fərqli hesabla qarşılaşsa, məsuliyyət kimə aid olacaq?

Qeyd edək ki, iddiaya əsasən, müştəri sadə qəlyan sifariş etsə də, ona premium qəlyan təqdim olunub.

Bu hal müştəri hüquqlarının pozulması kimi qiymətləndirilə bilər və vətəndaşın sözlərinə görə, bu, açıq şəkildə süni qiymət artımıdır.

Ümid edirik ki, müvafiq qurumlar məsələ ilə bağlı araşdırma aparacaq və lazımi tədbirlər görüləcəkdir.