00:28

Qalatasaray Yuventusa qalib gəldi


UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İstanbulda keçirilən “Qalatasaray” – “Yuventus” matçı gözlənildiyi kimi gərgin start götürüb.
Resmixeber.org bildirir ki, oyunda hesabı meydan sahibləri açıb – 15-ci dəqiqədə Qabriel Sara fərqlənib. Bir dəqiqə sonra "Yuventus" Ten Kopmeynersin qolu ilə tarazlığı bərpa edib. 32-ci dəqiqədə niderlandlı futbolçu dublunu rəsmiləşdirib. Bu, qonaqların son qolu olub.

İkinci hissədə "Qalatasaray" futbolçuları dörd dəfə fərqləniblər. 49-cu və 75-ci dəqiqələrdə Noa Lanq, 60-cı dəqiqədə Davinson Sançes, 86-cı dəqiqədə isə Saşa Boe qol vurub.

67-ci dəqiqədə "Yuventus"un oyunçusu Xuan Kabal ikinci sarı vərəqə alaraq meydanı tərk edib.

Cavab görüşü 26 fevralda, Bakı vaxtı ilə saat 00:00-da Turin şəhərindəki "Allianz Stadium"da keçiriləcək.