23:20

Şok hadisə: Müəllim özünə qəsd etdi


Musiqi müəllimi canına qəsd edib.


Resmixeber.org xəbər verir ki,hadisə Ucar rayonunda baş verib.


Rayonda musiqi məktəbində müəllim işləyən 1976-cı il təvəllüdlü Təranə Həsənova həyatına son qoyub.


İlkin məlumata görə,müəllimin intiharına səbəb borc pul olub.Belə ki,yaxın qohumlarından birinə faizlə pul alıb verən müəllim borcu qaytara bilmədiyi üçün sirkə turşusu içərək canına qəsd edib.


Məlumata görə,ona hadisədən bir neçə gün öncə faizlə pul götürdüyü şəxs zəng edib və borcu qaytarmadığı halda həyat yoldaşına məlumat verəcəyini bildirib.


Bu danışıqdan sonra Təranə Həsənovanın canına qıydığı ehtimal olunur.


Hadisə ilə bağlı araşdırma aparılır.