20:27

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetlərinə maliyyə yardımı ayrıldı


“Azərbaycan” qəzeti redaksiyasına, “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Bakinski 2 raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə maliyyə yardımı ayrılıb.

Xeberpost/info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan” qəzeti redaksiyasına, “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Bakinski 2 raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının normasına pul ayrılıb. Belə ki, bu məqsədlə “Azərbaycan” qəzeti redaksiyasına 2 milyon 100 min, “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1 milyon 700 min, “Bakinski 2 raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə 166 min manat vəsait ayrılıb.