“MedAura” klinikasında gənc qız burun əməliyyatından sonra komaya düşüb.
Bakıda “MedAura” klinikasında gənc qız əməliyyat zamanı komaya düşüb.
Resmixeber.org xəbər verir ki, bu barədə xəstənin yaxınları moderator.az-a şikayət ediblər.
Məlumata görə, Budaqlı Nigar İlham qızı 30.04.2025-ci il tarixində Bakıdakı “MedAura” klinikasında burun nahiyəsindən cərrahiyyə-plastik əməliyyat (rinoplastika) olunub. Əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində Nigar koma (kliniki ölüm) vəziyyətinə düşüb. Əməliyyat cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib. Qeyd etmək lazımdırki,Yaqub Əsədinin əvvəllər də səhvi ucbatından vətəndaşa maddi və mənəvi ziyan dəymişdir.
Şikayətçinin sözlərinə görə, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılsa da, 6 aydan artıq müddət keçməsinə baxmayaraq, həkimlər barəsində qanuni tədbir görülməyib.
Xəstənin ailə yaxınları bildirir ki, ekspert rəyinə əsasən, xanımın ağır vəziyyətə düşməsi məhz həkimlərin səhvi ucbatından baş verib.
Xatırladırıq ki,son bir ildə adı çəkilən Klinikada bir neçə ölüm hadisəsi və xoşagəlməz hadisələr baş verib. Bu barədə müxtəif mətbu orqalarda kifayət qədər məlumat var. Odur ki, aidiyyatı qurumlar ,eləcə də hüquq mühafizə orqanları dərhal məsələylə bağlı araşdırma aparmalıdırlar. Qanunsuz fəaliyyət göstərən səriştəsiz həkimlər tibbdən uzaqlaşdırılmalıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



