
Bildiyiniz kimi, son zamanlar Səhiyyə Nazirliyi, eləcə də Hüquq mühafizə orqanları saxta plastik cərrahlara qarşı reydlər keçirir. Şikayət varsa həkim cərrah haqqında tədbir görülür və ya Klinikalar cərimələnir.
Bu baxımdan ötən il Medaura Tibb Mərkəzində də yoxlamalar aparılmış və Klinika məhkəmənin qərarı ilə klinika rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla 6.000 manat məbləğində cərimə edilmişdir. Qeyd edək ki,Medaura Tibb Mərkəzi Salatın Əsgərova küçəsi, 180/1 ünvanda yerləşir.
Bu günlərdə Medaura yenidən gündəmə gəlib.Belə ki, müxtəlif pasientlərdən məlumat verilir ki, həmin klinikada lisenziyası olmayan həkimlər plastik əməliyyatlar həyata keçirir.
Məlumatda bildirilir ki, Klinikada fəaliyyət göstərən həkimlərin heç də hamısının sertifikasiyası yoxdur. Bundan başqa cərrahiyyə əməliyyatlarının qiymətləri kassada çox aşağı qiymətə yazılır, yəni vergidən yayınma halları mövcuddur. Əsası isə plastik cərrahiyyə ilə məşğul olan Mirəzim Zaidov, Fuad Abdullayev və bir neçəsinin adını göstərə bilərik.
Əməkdaşımız Klinikanın rəhbərliyi iə əlaqə saxlasa da bazar günü olduğundan telefona cavab verən olmadı.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edirik.Bizim üçün vətəndaşların təhlükəsiz və peşəkar müayinəsi,müalicəsi və keçirilməsi vacib olan əməliyyatların düzgünlüyüdür.
Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, lisenziyada nəzərdə tutulmayan tibb fəaliyyətinin həyata keçirilməsinə görə:
- fiziki şəxslər 300 manatdan 500 manatadək,
- vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək,
- hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilə bilərlər.
Qeyd edək ki, "MedAura" klinikasının qanuni təmsilçisi və direktoru Zeynallı Nihat Yusifoğludur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//xeberpost
