09:33

99 saylı məktəbdən şikayət var.



Son zamanlar pul yığımı ilə bağlı gündəmə gələn məktəblər sırasında 99 saylı məktəbin də adı var idi. Lakin məktəbin direktoru Ofeliya Məmmədova məktəbin adının qara siyahıdan çıxarmağı bacardı.
Resmixeber.org saytına isə bu günlərdə isə valideyn şikayəti daxil olub. Məlumatda deyilir ki, yuxarı sinifərdə demək olar ki dərslər keçirilmir. Uşaqlar dərsə bir ya iki dəftərlə gəlir .O da bir iki dərs keçiriliy ya yox.Hamı repetitor yanına getdiyindən davamiyyət çox aşağıdır.
Mənbə bildirir ki, valideynlər hər ay üçün 100 manat civarında direktora pul verir ki, uşaq dərsə gəlməsin və hazırlığa getsin.
Bundan başqa bəzi müəllimlər dərs saatından narazıdır. Deyilənə görə direktor dərs saatını da müxtəlif üsullarla müəyyən müəllimlərə çox, bəzilərinə isə az yazıb. Yəni dərs ssatının bölgüsü qeyri bərabər bölünüb.
Təbii ki, məlumatın doğruluğunu öyrənmək üçün Ofeliya Məmmədova ilə əlaqə saxladır.Lakin telefonumuza cavab verən olmadı.
Daha doğrusu məsəəyə münasibət bildirmədi. Dedi ki, Bakı Şəhər əhsil İdarəsinin Mətbuat xidməti ilə əlaqə saxlayın.
Məsələ gündəmdədir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.