
Bu ayın əvvəlində müəllimlər günü ilə bağlı pulyığımında bir neçə məktəbin adı hallanırdı.Adı çəkilən məktəblər sırasında Sabunçu rayon 307 saylı məktəbin də adı var. Məktəbin direktoru Qasımzadə Nizami Qasım oğludur.
Vətəndaşlardan gələn şikayətdə bildirirlir ki, müəllim valideyn münasibətləri bərbaad haldadır.Tez tez şagirdlərin valideynləri məktəbə çağırılır.Davamiyyət aşağıdır.Zabrat sakinlərinin bir çoxu uşaqlardan tələb olunan vəsaiti verə bilmir.
Resmixeber.org saytı olaraq Nizami Qasımzadə ilə əlaqə yarada bilmədik.Telefonlara cavab verən olmadı,qapıçı isə onun bir neçə gündür, işə gəlmədiyini bildirdi.
Nizami müəllim kifayət qədər səriştəli direktor olduğundan məsələyə münasibət birldirməsini istərdik.
Arasdırmamız davam edir.

