09:42

14 saylı Notariat Kontorunda qanunsuzluq.



Bir müddət öncə Notariat Kontorları ucbatından saxta sənədlərlə vətəndaşın evini satmışdılar. Ədliyyə Nazirliyi Bununla bağlı araşdırmalara başladı və bir neçə notariat kontorunun müdirləri işdən kənarlaçdıırıldı.Lakin, Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 58/1 ünvanda yerləşən Notariat kontorunun xüsusi notariusu nədənsə işdə qalmağı bacardı.Məlumata görə saxta sənədlərlə satılan evlərdən biri də ,elə həmin bu Notariat kontoru imiş.
Bundan sonra geniş yoxlamalar keçirildi və bir sıra notariuslara işindəki qüsurlara görə xəbərdarlıq edildi.
Resmixeber.org bildirir ki, Ədliyyə Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara, habelə müsahibələrdə müvafiq bilik nümayiş etdirə bilmədiklərinə görə 21 nəfərin fəaliyyətinə xitam verilib.

Məlumatda bildirilir ki, yeni notariuslara xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl olunmaları barədə tövsiyə və tapşırıqlar verilib.
Bildirmək istəyirik ki,qanunsuzluqlar hökm sürən notariuslar hələ də fəaliyyətini davam etdirir.
Belə notariat kontorlarından biri də Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 58/1 ünvanda yerləşən Notariat kontorudur. Bu notariat kontorunun müdiri və xüsusi notariusu Əliyev Elmar Qəzənfər oğludur. Kontorda şıdırğı etibarnamə verilir və maraqlısı odur ki, vətəndaşın cibinə girilir.Hər etibarnamədən 3-5 manat qazanc əldə olunur. digər əməliyyatlar həyata keçirilir. Bu kontor da bəziləri kimi qanunsuz etibarnamələr verir.Yəni adam özü olmadan şəxsiyyət vəsiqəsinin şəkiliylə etibarnamə verildiyinin şahidiolanlar var.Əsasən də avtomobil alverçiləri.
Daha sonra ödənişlər nağd şəkildə alınır aparatlar olsa da işləmir.Sənəd yazmağa da 2-3 manat və s.
Məlumata görə ev alqı satqısında daha çox əlavə pul tələb edilir.Rəsmi qiymətdən 70-80 AZN əlavə pul alınır.



Aldığımız məlumata görə Əliyev Elmar Qəzənfər oğlu bahalı və dəbdəbəli həyat sürür.100 minlik avtomobil,milyonluq ev və villaya malikdir.
Sadə vir notariat kontorunun notariusu bu əmlaklara necə sahib olub. Orasını aidiyyatı qurumlara buraxaq.Məsələ ilə bağlı Elmar Əliyevlə əlaqə saxlasaq da şəhər nömrəsinə cavab verən olmadı.
Onu dda qeyd edək ki, mötəbər bir adamın qohumu olan Elmar müəllimin də notariat kontorunda yoxlamalar aparılıb, hətta arxivlər yoxlanılıb. Adı çəkilən Notariat kontoru barədə tədbir görüləcəyini gözləyirik.
Ümid edirik ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsi məsələnu diqqətdə saxlayacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.