23:53

Elnur Nəsibov işindən ayrıldı


Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov beş illik fəaliyyətindən sonra təhsil sistemindən ayrıldığını bildirib.

Resmixeber.org xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edib:

“5 illik fəaliyyətimdən sonra təhsil sistemindən ayrılıram. Başda hörmətli Emin müəllim Əmrullayev olmaqla bütün həmkarlarıma, təhsil işçilərinə təşəkkür edirəm və gələcək işlərində uğurlar arzulayıram!” – deyə Nəsibov qeyd edib.

Qeyd edək ki, o, daha öncə Elm və Təhsil nazirinin müşaviri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində çalışıb.