08:02

Uşaqlar bizim gələcəyimizdir. Uşaqların haqqı yeyilir



Ümummilli lider Heydər Əliyev:" Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır."

Uşaq – heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Respublikamız da bu mühüm məsələyə daim diqqət və qayğı ilə yanaşır.

Uşaqlar mənsub olduqları torpağın, ölkənin ümidi, gələcəyidir. Qayğı, diqqət, yüksək həssaslıq tələb edən uşaqlar, eyni zamanda, Azərbaycanda da dövlət siyasətinin ən vacib prioritetidir. Ulu öndər Heydər Əliyevin : “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” sözləri gələcəyimiz olan körpələrin ehtiyaclarına, inkişafına və tərbiyəsinə olan dövlət qayğısının bariz nümunəsidir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət uşaq siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu baxımdan respublikamızda fəaliyyət göstərən körpələr evi, uşaq bağçaları kifayət qədər təcrübəyə malikdir. Lakin bəzi uşaq bağçalarında səriştəsiz idarəçilik,savadsız müəllimlər ucbatından uşaqlar inkişafdan geri qalır.
Təlim tərbiyə işləri aşağı səviyyədə aparılır.

Təhsilin keyfiyyəti qənaətbəxş deyil, uşaqların sağlam və savadlı yetişməsi üçün heç bir yeni iş görülmür. Valideynlərin məlumatına görə uşaq evdə bağçada öyrəndiyi və danışdığı bir şey yoxdur.- "Yeyirik,yatırıq və həyətdə oynayırıq" Bu kimi müəssisələrdən biri də respublikamızın gözəl guşələrindən biri olan Tovuz şəhər 1 saylı uşaq bağçası körpələr evidir.

Onu da qeyd edək ki, Tovuz şəhər 1 saylı uşaq bağçası körpələr evi-uşaq bağçası xeyli müddətdir fəaliyyətdədir. Müəssisəyə Günay Dadaşova rəhbərlik edir.

Buradakı abu-hava, uşaqlara kadrların təlim-tərbiyyə və təhsillə məşğul olması diqqətdədir. Bağçada uşaqların səmərəli istirahəti və yüksək biliklərə yiyələnməsi üçün lazımı şərait olsa da, narazılıqlar var.


Son zamanlar aparıılan monitoringlər zamanı 1 saylı körpələr evində xeyli qüsurlar aşkarlanıb.Bağçanın müdiri Günay Dadaşovanın verdiyi məlumata görə, hələ də işləri prokurorluq və məhkəmədədir.
Ümid edirik ki,Tovuz sakinlərinin istəyi nəzərə alınaraq bağçada köklü dəyişikliklər aparılacaq. Yeni kollektiv daha səmərəli, daha səriştəli və savadlı kadrlarla əvəz olunacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.