17:09

"Özsüt Azerbaijan"ın 3,1 milyon manat vergi borcu var


"Özsüt Azerbaijan” şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb.

Resmixeber.org valyuta.az-a istinadla xəbər verir ki, şirkətin hazırda 3 169 490,6 manat vergi borcu var.

Qeyd edək ki, "Özsüt Azerbaijan” 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Vəliyev Rəhman Qadir oğludur. "Özsüt Azerbaijan” MMC iaşə sahəsində fəaliyyət göstərir. Şirkətin Bakı və regionlarda eyni adlı restoranlar şəbəkəsi var.