17:20

İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstana dövlət səfərinə gəlib.

Resmixeber.org xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşıladı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.