Xalq artisti Əminə Yusifqızı vəfat edib.
Resmixeber.org xəbər verir ki, bu barədə “Report”a Xalq artistinin yaxınları məlumat verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar oktyabrın 9-u saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.
Məlumata görə, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub: “Bu zaman Xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb”.
Qeyd edək ki, sentyabrın 24-də Xalq artistinin 89 yaşı tamam olub.

