17:10

Duz Muzeyi ləğv edildi - Məşhur müalicə mərkəzi də bağlanır?



Naxçıvan Duz Muzeyi ləğv edilib.

Resmixeber.org Modern.az-a istinadən xəbər verir ki, muzey artıq fəaliyyətini dayandırıb.

Muzeyin ləğv edilmə səbəbi məlum deyil.

Ləğv barədə qərarın iki ay ərzində icra ediləcəyi bildirilir.

Qeyd edək ki, Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzey 2017-ci ildə yaradılmışdı.

Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb.