08:40

Çempionlar Liqası: "Qarabağ" cari mövsüm əsas mərhələdə ilk dəfə məğlub olub


"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə "Atletik" (Bilbao, İspaniya) ilə qarşılaşıb.

Resmixeber.org bildirir ki, "San Mames" stadionunda reallaşan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki,Qarabağ klubu 3 oyundan 6 xal qazanıb.