09:12

Əfqanıstanda güclü zəlzələ: 20 nəfər ölüb, 140 yaralı var

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 20 nəfər ölüb, 140-dan çox insan yaralanıb.

Resmixeber "Reuters"-ə istinadən xəbər verir ki, 6,3 maqnitudalı zəlzələnin episentri Hindquş dağlarında, Məzari-Şərif şəhərindən təxminən 37 kilometr şimal-qərbdə yerləşib.

Məlumata görə, təkanlar nəticəsində azı yeddi nəfər həyatını itirib, 150-yə yaxın insan isə yaralanıb.

Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.

Qeyd edək ki, osial mediada yayılan görüntülər bölgədə böyük dağıntıların və insan itkisi ehtimalının yüksək olduğunu göstərir.//baku.vs