23:40

Təhsil fədaisi Zümrüd Rzayeva



Media Araşdırma Mərkəzi tərəfindən təhsil sahəsində göstərdiyi nümunəvi xidmətlərinə görə tərbiyəçi müəllim Zümrüd Rzayeva "Təhsil fədaisi" mükafatına layiq görülüb.
Xatırladırıq ki , Rzayeva Zümrüd Ağabəy qızı 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Müəllimlər institutunu bitirdikdikdən sonra Uşaq bağçası, körpələr evində tərbiyəçi müəllim olaraq çalışır.
Zümrüd Rzayevanın balaca fidanlarla səriştəli davranışı, körpələrin hər birinə fərdi yanaşması onun pedaqoji məharətinin göstəricisi kimi xarakterikdir. Gələcək nəslin inkişafında vətənpərvər, xeyirxah, savadlı və nümunəvi vətəndaş yetişdirmək üçün körpələrlə ünsiyyət qurmağı bacarır.
Onun həm təlim prosesinə, həm də təlimdənkənar fəaliyyətə səriştəli yanaşması məşğələlərin və digər fəaliyyətlərin səmərəliliyinə və keyfiyyətinə birbaşa təsir göstərir. Bu, ilk növbədə, onun pedaqoji prosesə innovativ yanaşması ilə səciyyələnir.
Bir sözlə Zümrüd Rzayeva yenilikçi tərbiyəçi-müəllim olaraq işinin öhtəsindən məharətlə gəlir.
Redaksiya adından Zümrüd xanıma işlərində uğurlar arzu edirik.