“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin qəza törətdiyi avtomobil satışa çıxarılıb.
resmixeber.org oxu.az-a istinadən xəbər verir ki, “Porsche” markalı avtomobil 20 min dollar ( 34 min AZN) qiymətində elan saytlarının birində yerləşdirilib.
Qeyd edək ki, ötən ilin avqustunda N. Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, “Nikosayağı”nın qolu isə amputasiya edilib.