14:06

Tarixi qələbəmiz,Yaşasın Azərbaycan.



27 sentyabr 2020-ci il tarixi yəqin ki, çoxlarının, bütövlükdə xalqımızın yaddaşından, hafizələrindən, hərb tarixindən silinməyəcək. Məhz həmin gün 32 ildən bu yana davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Öz murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkərlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən insanlıq düşməni nasist və faşist Ermənistan, quldur erməni silahlı birləşməşləri növbəti dəfə və bütövlükdə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Dərhal Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun daha kəskin, daha sərt üzü ilə qarşılaşdı. 32 ildir səbr edən, dözüm göstərən Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca yenidən səfərbər və tək yumruq oldu, düşmənin cavabının yalnız müharibə, hərb, savaş olduğuna qərar verdi.
"Bu 44 günlük Müharibə dövründə Prezidentimiz dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdi. Demişdi ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq".
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində səslənirdi ki,Xalq birləşməli və bütün düşmənlərə qarşı birlik nümayiş etdirməlidir.
Dövlətimizin başçısı deyib: “Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam”.
Beləliklə, Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Vətən müharibəsinə başladı və Zəfər qazandı. Bu bütün Azərbaycan xalqının qələbəsidir.
Yaşasın Azərbaycan !

Niyar Quliyeva
Laçın rayon 24 saylı ümumtəhsil məktəbinin direktoru